Xəbərlər

Türkiyədə T-155 “Yavuz” ÖAQ-ın atış sınaqları keçirilib

Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatı (MKEK) tərəfindən hazırlanan 155 mm-lik “Yavuz” özüyeriyən artilleriya qurğusunun (ÖAQ) ərazi və atış sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin SAHA İstanbul cəmiyyəti məlumat yayıb.

Məlumatda Türkiyənin YOL-BAK şirkətinin istehsalı 6×6 təkər formuluna malik zirehli nəqliyyat vasitəsinin üzərinə qurulan T-155 “Yavuz” ÖAQ-ın sınaqda ard-arda etdiyi 6 atış ilə hədəfi uğurla vurduğu bildirilib.

Qeyd edək ki, T-155 “Yavuz” MKEK tərəfindən istehsal olunan T-155 “Panther” yedəkdə daşınan topun maşın üstü versiyasıdır.

Poliqon.az

Back to top button