Türkiyə Böyük Britaniyadan hərbi nəqliyyat təyyarələri satın alacaq

Türkiyə Böyük Britaniyadan hərbi nəqliyyat təyyarələri satın alacaq

Türkiyə Böyük Britaniyadan 12 ədəd C-130J hərbi nəqliyyat təyyarəsi satın alacaq.

“Poliqon” “SavunmaSanayiST”ə istinadən xəbər verir ki, Türkiyə tərəfi bununla Hərbi Hava Qüvvələrinin hərbi nəqliyyat təyyarələrinə olan ehtiyacını ödəməyi hədəfləyir.

Bildirilib ki, Türkiyə ilə Böyük Britaniya arasında bir müddətdir davam edən C-130J təyyarəsinin tədarükü məsələsi yekunlaşmaq üzrədir. Böyük Britaniyanın aviasiya parkında hazırda satışı planlaşdırılan 1 ədəd C-130J C5 və 13 ədəd C-130J-30 C4 nəqliyyat təyyarəsi var. Türkiyə isə “uzadılmış gövdəli” C-130J-30 C4 təyyarəsi ilə maraqlanır. Qısa müddətdə bu təyyarələrin satınalma fəaliyyətlərinin başa çatdırılması və Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya parkına 12 ədəd C-130J-30 C4-ün əlavə edilməsi planlaşdırılır.

CATEGORIES
TAGS