
Yeni radar, pilotsuz uçuş aparatı (PUA) və özüyeriyən artileriya qurğuları (ÖAQ) Türkiyə Quru Qoşunlarının inventarına daxil edilib.
Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Qeyd olunub ki, inventara daxil edilən məhsulların sırasında açıqlanmayan sayda “Fırtına-2” ÖAQ, “Akıncı” PUA və ACAR 300-G radarı yer alıb.




