
Türkiyədə F-5 təyyarəsi qəzaya uğrayıb
Türkiyənin Konya şəhərində “Türk Ulduzları”na aid F-5 tipli təyyarə qəzaya uğrayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mətbuat xidməti məlumat yayıb.
Məlumat bildirilib ki, qəzaya səbəb təyyarəinin quşla toqquşması və nəticədə mühərikinin durması səbəb olub.
Qəza zamanı katapult vasitəsi ilə təyyarədən atlayan pilot sağ qurtulub. Daha sonra müəyyən tibbi yoxlanışların aparılması üçün xəstəxanaya yerləşdirilən pilotun vəziyyətinin yaxşı olduğu qeyd edilib.
CATEGORIES Region
TAGS F-5