Türkiyədə keçiriləcək IDEF-2023 sərgisnin vaxtı dəyişdirildi

Türkiyədə keçiriləcək IDEF-2023 sərgisnin vaxtı dəyişdirildi

Türkiyədə 9-12 may tarixlərində keçirilməsi planlaşdırılan IDEF-2023 16-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin vaxt dəyişdirilib.

Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondundan (TSKGV) “Poliqon”un sorğusuna cavab olaraq bildirilib ki, IDEF-2023 sərgisinin keçiriləcəyi vaxt 2023-cü il 25-28 iyul tarixinə təxirə salınıb.

IDEF-2023 sərgisinin vaxtının dəyişdirilməsinin əsas səbəbinin may ayında keçiriləcək prezident seçkiləri və buna görə sərgiyə gələcək xarici nümayəndə heyətlərinin koordinasiyasında yaşana biləcək mümkün çətinliklər olduğu düşünülür.

Qeyd edək ki, IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun idarəçiliyi altında TÜYAP Sərgi və Konqres Mərkəzində keçirilir.

2021-ci ildə baş tutan IDEF-2021 sərgisində 53 ölkənin 1200-dən artıq müdafiə və təhlükəsizlik həlləri istehsal edən şirkəti məhsul və texnologiyalarını nümayiş etdirib.

2015-ci ildən Azərbaycandan “Poliqon” jurnalı IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisində media tərəfdaşı qismində təmsil olunur.

Poliqon.az

CATEGORIES
TAGS