SərgilərXəbərlər

Türkiyədə keçirilən SAHA EXPO sərgisinin adı dəyişdirilib

Türkiyədə böyük istehsalçılarla kiçik şirkətləri bir araya gətirən və iki ildən bir keçirilən SAHA EXPO sərgisinin adı dəyişdirilib.

“Poliqon” xəbər verir ki, bu barədə sərgi təşkilatçısı məlumat yayıb.

Bildirilib ki, sözügedən tədbir bundan sonra fəaliyyətini “SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi” adı ilə davam etdirəcək. Yeni adı ilə sərgi 5-9 may 2026-cı il tarixlərində keçiriləcək.

“Bu dəyişiklik SAHA EXPO-nun illər ərzində qazandığı beynəlxalq nüfuzun və qlobal arenada güclü mövqeyinin təbii nəticəsidir. SAHA İstanbul İdarə Heyəti sərginin miqyasının və təsirinin artıq “Expo” termini ilə məhdudlaşdırıla bilməyəcək qədər genişləndiyini qiymətləndirərək, 2026-cı ildən etibarən daha əhatəli və güclü brend kimliyi ilə sektora istiqamət verməyə davam edəcək.

SAHA 2026, Türkiyənin texnologiya istehsalında qlobal gücə çevrilmə vizyonu çərçivəsində “Texnologiyaya hökm et, gələcəyi formalaşdır” şüarı ilə 5-9 may 2026-cı il tarixlərində İstanbul Sərgi Mərkəzində keçiriləcək”, – deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, əvvəlki sərgidən etibarən UFI (Beynəlxalq Sərgi Sənayesi Assosiasiyası) tərəfindən aparılan uyğunluq yoxlamasını uğurla başa vuraraq beynəlxalq təsdiq alan sərgi, dünya səviyyəsində tanınan UFI təsdiqli beynəlxalq sərgilər sırasına daxil olub. SAHA 2026 Türkiyənin beynəlxalq təsir dairəsini genişləndirməyi və sektorun gələcəyinə istiqamət verən əsas görüş nöqtəsi olmağı hədəfləyir.

Beləliklə, gələcəyin texnologiyalarına istiqamət verən qabaqcıl şirkətlər, dünyanın müxtəlif ölkələrindən qərar qəbul edənlər və müdafiə sənayesi mütəxəssisləri SAHA 2026-da bir araya gələcək.

Back to top button