Türkiyənin “Altay” tank proqramı

Türkiyənin “Altay” tank proqramı

 “Altay” tankı Cənubi Koreyanın güc paketi ilə sınaqlara başlayıb

Türkiyənin “Altay” əsas döyüş tankı prototipinə Cənubi Koreya istehsalı olan güc paketi inteqrasiya olunub.

“Poliqon” xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir bildirib ki, “Altay” tankı yeni güc paketi ilə sınaq fəaliyyətinə başlayıb.

“Hazırda “Altay” tankının yeni güc paketi ilə sınaqları keçirilir və yaxşı nəticələr əldə edilib. Cənubi Koreya ilə seriyalı istehsal baxımından da razılıq əldə olunub. Cənubi Koreyanın istehsal etdiyi bu güc paketi ilk dəfə bir tanka inteqrasiya edilmiş oldu”, – deyə SSB başqanı vurğulayıb.

İsmail Dəmir əlavə edib ki, hazırda Cənubi Koreyanın zirehli texnikalarında istifadə edilən güc paketi “Altay” tankına inteqrasiya olunan güc paketi deyil: “Çünki, Cənubi Koreya hələ də alman transmissiyası istifadə edir. İki il ərzində “Altay” tankı bu güc qrupu ilə seriyalı istehsala başlaya bilər. Transmissiyanın ilk dəfə istifadə edilməsi testləri biraz uzada bilər”.

altay testQeyd edək ki, 2008-ci ildə Türkiyədə Milli İmkanlarla Modern Tank İstehsal Layihəsinin birinci mərhələsində “Altay” tankının dizayn, prototip və kalifikasiya işlərinə əsas podratçı şirkət olaraq “Otokar” seçilib. Artırılmış davamlılıq qabiliyyəti, hərəkət qabiliyyəti və atış gücü ilə diqqət çəkən “Altay” tankının prototipi hər cür iqlim və ərazi şərtlərində keçiriliən çətin testlərdə üstün səviyyədə performans göstərib. Fərqli ssenarilərdə atış testləri keçirilən “Altay” tankının bütün hava şəraiti və məsafələrdə yüksək vuruş dərəcəsi qeydə alınıb. Birinci mərhələdə hazırlanan prototiplərin kalifikasiya və qəbul testləri 2017-ci ilin fevralında uğurla tamamlanıb, qəbul və təsdiqi reallaşıb.

Türkiyə Milli Müdafiə Nazirliyindən istehsala icazə sənədi alındıqdan sonra, “Otokar” şirkəti Quru Qoşunları Komandanlığının ehtiyaclarını qarşılamaq üçün “Altay” tankının seriyalı istehsalını əhatə edəcək ikinci mərhələ çərçivəsində 250 ədəd tankın istehsalı və onların İnteqrə Logistik Dəstək işlərinə dair təklifi SSB-yə təqdim edib.

SSB-nin 250 ədəd “Altay” tankının seriyalı istehsal üçün elan etdiyi tenderə “Otokar” ilə yanaşı BMC və FNSS şirkətləri 2017-ci il noyabrın 16-da təkliflərini verib. 2018-ci ilin aprel ayında Türkiyə Müdafiə Sənayesi Başqanlığı “Altay” tankının seriyalı istehsalı üçün qərar verib. “Altay” əsas döyüş tankının seriyalı istehsalı və bu tanka mühərrik hazırlanması üçün həyata keçirilən layihədə BMC şirkəti ilə danışıqların başladılması qərarlaşdırılıb.

SSB başqanı İsmail Dəmir 2020-ci ildə seriyalı istehsalın ilkin mərhələsində əldə olan mühərriklərlə 5 və ya 6 “Altay” əsas döyüş tankının istehsalının həyata keçiriləcəyini, sonrakı mərhələdə bu prosesin xaricdən alınan mühərrklərlə davam etdiriləcəyini bildirmişdi. 2021-ci ilin sonuna qədər “Altay” əsas döyüş tankının ilk partiyasının Türkiyə Quru Qoşunlarının silahlanmasına verilməsi planlaşdırılırdı.

Nəhayət, 2021-ci il oktyabrın sonunda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi Koreyaya rəsmi səfəri zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bunun müxtəlif layihələrlə gücləndiriləcəyinə ümid etdiyini bildirmişdi. Bu çərçivədə Cənubi Koreyanın “Doosan” və “S&T Dynamics” şirkətlərinin “Altay” tankı üçün mühərrik və transmissiya təmin edəcəyi Türkiyənin BMC şirkəti ilə memorandum imzalanıb. İlk mərhələdə tankın güc paketinin Türkiyədə birgə istehsalı və Cənubi Koreyadan Türkiyəyə texniki məlumatların verilməsi razılaşdırılmışdı.

2021-ci ilin noyabrında Türkiyənin “Altay” əsas döyüş tankının mühərrik və transmissiyası ilə bağlı Cənubi Koreya ilə imzalanan memorandumunda dəyişiklik edilərək birgə seriyalı istehsal planlarından hazır məhsulların tədarükünə keçdiyi bildirildi. Türkiyə və Cənubi Koreya mənbələri Cənubi Koreyada istehsal edilən hissələrin birgə istehsal əvəzinə Türkiyəyə göndəriləcəyini bildirdilər.

“Roketsan”dan “Altay”a ERA zirehi

ERA ZIRH 1 1024x370 1 e1652444540716Türkiyənin BMC şirkəti tərəfindən kütləvi istehsal olunacaq “Altay” əsas döyüş tankının zirehini “Roketsan” şirkəti istehsal edəcək. “Roketsan”ın “Altay” əsas döyüş tankına quraşdıracağı ERA (Explosive Reactive Armor / ERA) zirehi tandem döyüş başlıqlı tank əleyhinə raketlərə qarşı qorumanı təmin edir. ERA zirehin modulyar dizaynı sökmə və yeniləmə əməliyyatlarını asan şəkildə aparmağa imkan verir. Bundan başqa ERA müxtəlif zirehli maşınlara da uyğunlaşdırıla bilir. “Altay” əsas döyüş tankı “Roketsan” tərəfindən hazırlanacaq passiv, aktiv və reaktiv zireh komponentləri ilə döyüş sahəsində qabaqcıl qorumaya sahib olacaq.

 “Altay” AKKOR ilə aktiv mühafizə olunacaq

akkor“Altay” tankının mühafizə sistemini ASELSAN şirkəti AKKOR aktiv mühafizə sistemi ilə təmin edəcək. Hələ 2015-ci ildə ASELSAN şirkəti Türkiyənin Müdafiə Sənayesi başqanlığı ilə “Altay” tankı üçün aktiv mühafizə sisteminin (AKKOR olaraq tanınacaq) istehsalına dair müqavilə imzalayıb. ASELSAN şirkətinin 2008-ci ildən üzərində çalışdığı AKKOR sistemi modulyar dizaynı sayəsində “Altay” tankı ilə yanaşı müxtəlif tank və zirehli maşınlarda tətbiq edilə bilər. Sistemin müvafiq radar, mərkəzi komputer və fiziki məhvetmə mərmisinin sınaqdan keçirildiyi testlər 2010-cu ildən etibarən uğurla gerçəkləşdirilib. AKKOR tankın ətrafında 360 dərəcə bucaq altında tam qoruma qalxanı yaradır. Sistemin yüksək texnologiyalara əsaslanan radarı üzərinə gələn raket və mərmini qısa zaman içində təyin edir. Həmin təhdidə qarşı yönləndiriləcək sursat üzərindəki sensorun yardımı ilə yaxınlaşmaqda olan tank əleyhinə təhdidi ən yaxın olduğu anda partlayaraq təsirsiz hala gətirir.

AKKOR sistemi sursatın üzərindəki ağıllı sensor mini bir radar kimi çalışaraq dünyadakı analoqlarından daha üstün performans sərgiləyir. ASELSAN şirkəti AKKOR aktiv müdafiə sistemi üzərində aparılan işləri 2021-ci ildə tamamlamağı planlaşdırırdı. Şirkət tərəfindən verilən məlumata görə, AKKOR 2020-ci ildə Türkiyə Ordusunun inventarına daxil edilən PULAT aktiv müdafiə sistemindən daha üstündür.

“Otokar”dan asimmetrik müharibələr üçün yeni həll – “Altay-AHT” tankı

Altay AHTMəlumat üçün onu da qeyd edək ki, “Otokar” şirkəti “Altay” tankının asimmetrik müharibə şəraiti üçün modernizə edilən variantı “Altay-AHT”ni də hazırlayıb və ilk dəfə IDEF-2017 müdafiə sənayesi sərgisində nümayiş etdirib. İxrac potensialı olan “Altay-AHT” şirkətin öz resusları hesabına “Altay” tankının gövdə və qüllə platforması üzərindən inkişaf etdirilib. Yüksək davamlılıq, hərəkət və atəş qabiliyyəti xüsusiyyətlərinə malik “Altay-AHT” tankı “Altay” tankından bəzi xüsusiyyətlərinə görə fərqlənir.

“Altay-AHT”nin əsas xüsusiyyətləri bunlardır:

– Hibrid və asimmetrik müharibə şəraitində tanklar üçün böyük təhlükə yaradan idarə olunan və olunmayan raket hücumları, küçələrdə yaradılan çuxur və baryerlər, mina və əldəqayırma partlayıcı hücumlarının qarşısını almaq üçün kompozit reaktiv zireh və zireh barmaqlıqlara malikdir.

– Teleskopik müşahidə sisteminin (EOS) əlavəsi, 360 dərəcə müşahidə icmalı təmin edən yaxın məsafədən nəzarət sistemi (YAMGÖZ) və uzaqdan idarəolunan silah sisteminin (UKSS) yerləşdirilməsi ilə daha çox fərqlilik qazanıb.

– Uzaqdan idarə olunan əldəqayırma partlayıcı hücumlarına qarşı tank üzərində siqnal boğucu (Jammer) var. Bundan başqa, təhlükə gələn istiqaməti müəyyən edən Atış Yeri Təsbit Sistemi ilə snayperlərin yerini, lazer xəbərdarlıq sistemi ilə lazer idarəetməli raketləri, lazer məsafəölçənləri təsbit edə bilir.

– Aşkar edilən təhlükəli istiqamət “Soft Kill” (ağıllı duman pərdəsi) sistemi ilə avtomatik olaraq maskalanır. Bu zaman UKSS və tank qülləsi istifadəçi seçiminə bağlı olaraq avtomatik şəkildə təhdid nöqtəsinə istiqamətlənir.

-Tankın önündə sürücü tərəfindən idarə olunan, mövqelərin hazırlanması, döyüş meydanında qarşıya çıxan maneələrin təmizlənməsi, xəndəklərin doldurulması üçün buldozer tiyəsi yer alır.

“Altay” minatəmizləm konfiqurasiyası

Bundan başqa, Türkiyə Müdafiə Sənayesi Başqanlığı “Altay” tankının gövdə platforması üzərindən inkişaf etdirilərək minatəmizləmə maşını yaratmaq istəyir. Bununla bağlı, 2018-ci ildə SSB Məlumat İstək Sənədi (BİD) ilə layihəyə qoşulacaq şirkətlərə müraciət edib. SSB işi Quru Qoşunlar Komandanlığı üçün aparacaq.

Layihə çərçivəsində mexaniki keçid açma sistemi ilə tank əleyhinə və piyada əleyhinə minaları yerindən çıxarıb keçid kənarına atan, minaları partlatmaq yolu ilə müəyyən ölçülərdə keçid qazan, maqnetik lokator sistemi ilə maqnetik borulu minaları partladan, təmizlənmiş keçid işarələmə sistemi ilə minalı sahədə açdığı keçidi işarələyə bilən tırtıllı bir texnikanın hazırlanması tələb edilir. Həmçinin minatəmizləmə maşınlarının iş prinsipləri gərəyi yüksək gücdə mühərrikə malik olması və yüksək qoruma təmin etməsi tələb olunur.

Zaur Babaşov

Poliqon.az

CATEGORIES
TAGS