Türkiyənin MMU döyüş təyyarəsi anqardan çıxarılıb
Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanan MMU döyüş təyyarəsi anqardan çıxarılıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında paylaşım edib.
Qeyd edək ki, Türkiyədə MMU döyüş təyyarəsi ilə bağlı işlərə 2016-cı ilin avqust ayından başlanılıb. 5-ci nəsil döyüş təyyarəsi olan MMU 2030-cu ildə mərhələli şəkildə Türkiyə Hərbi Hava Qüvvələrinin istismarından çıxarılacaq F-16 döyüş təyyarələrinin yerini alacaq.
Üstün döyüş qabiliyyətləri sayəsində MMU həm “hava-hava”, həm də “hava-yer” tipli tapşırıqları effektiv şəkildə yerinə yetirə biləcək. Döyüş təyyarəsi hədəfləri aşkarlaya bilməsi üçün ASELSAN şirkətinin AESA radarı ilə təchiz olunacaq.
MMU həmçinin, həmin hədəfləri məhv etməsi üçün “Roketsan” şirkəti və TÜBİTAK SAGE mərkəzi tərəfindən hazırlanan müxtəlif raket və bombalarla silahlandırılacaq.