Ukrayna çox sayda yolsuzluq avtomobilinin alınması üçün tender elan edib

Ukrayna çox sayda yolsuzluq avtomobilinin alınması üçün tender elan edib

Ukrayna Müdafiə Nazirliyinin Müdafiə Təchizatları Agentliyi ölkənin Silahlı Qüvvələrinə yolsuzluq avtomobillərinin alınması ilə bağlı tender elan edib.

“Poliqon” Ukrayna Müüdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Silahlı Qüvvələrin ehtiyacanı ödəmək üçün 1.7 milyard UAH (46.5 milyon ABŞ dolları) dəyərində 1016 ədəd yolsuzluq avtomobili alınacaq.

Yolsuzluq avtomobillərinin bu cür kütləvi alışını ilk dəfədir həyata keçirən Ukrayna tender çərçivəsində bir sıra tələblər qoyub. Belə ki, Ukrayna Silahlı Qüvvələri üçün təklif edilən yolsuzluq avtomobili dörd təkərli, yükgötürmə qabiliyyəti ən azı 800 kiloqram və klirensi 180 millimetrdən çox olmalıdır. Eyni zamanda parametrlərə cavab verən bir avtomobilin gözlənilən dəyəri 1,7 milyon UAH-dan artıq ola bilməz.

Tenderdə iştirak etmək istəyən şirkətlər cari ilin dekabr ayının 27-dək təkliflərini verə biləcəklər. Ukrayna Müdafiə Təchizatları Agentliyi qalibi müəyyənləşdirdikdən sonra 15 mart 2024-cü il tarixinədək yolsuzluq avtomobilləri qoşunlara təhvil veriləcək.

Qeyd olunub ki, Ukrayna Müdafiə Nazirliyi NATO standartlarına uyğun yeni satınalma sistemini tətbiq edir. İndi satınalma siyasətini nazirlik formalaşdıracaq və nəzarət funksiyasını yerinə yetirəcək. Yeni yaradılmış Müdafiə Təchizatları Agentliyi isə birbaşa satınalma ilə məşğul olacaq.

CATEGORIES