Ukrayna Müdafiə Nazirliyi yeni yerüstü robotun istismarına icazə verib

Ukrayna Müdafiə Nazirliyi yeni yerüstü robotun istismarına icazə verib

Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan “Zmiy Logistik” (“Змій логістичний”) yerüstü robotunu kodlaşdıraraq Silahlı Qüvvələrin bölmələri tərəfindən istismar edilməsinə icazə verib.

Bu barədə “Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Bildirilib ki, ballistik və mina zərbələrinə qarşı dayanıqlı olan bu robot döyüş bölgəsində logistika və evakuasiya tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub.

Robotun dartma qüvvəsi və kütləsi təhlükə zonasından təkcə insanları və ya yükləri deyil, həm də yüngül avtomobilləri çıxarmağa kifayət edir. Lazım gələrsə, robota əlavə modullar da quraşdırıla bilər.

O, səssiz işləyə bilməsi üçün elektrik mühərriki ilə təchiz edilib. Həmçinin robotun hündürlüyü də aşağıdır. Bu isə onun görünürlüyünün az olmasına imkan verir. Təkərli şassiyə malik “Zmiy Logistik” robotu yolsuzluq, daşlıq, bataqlıq əraziləri və dayaz su maneələrini dəf edə bilir.

CATEGORIES