Ukrayna ordusu döyüşlərdə yeni ÖAQ-dan istifadə edir

Ukrayna ordusu döyüşlərdə yeni ÖAQ-dan istifadə edir

Ukrayna ordusu döyüşlərdə yerli istehsal olan yeni özüyeriyən artilleriya qurğusundan (ÖAQ) istifadə edir.

“Poliqon” xəbər verir ki, bununla bağlı Ukrayna kütləvi informasiya vasitələri (KİV) məlumat yayıb.

Ukrayna ordusunun döyüşlərdə istifadə etdiyi yeni orijinal artilleriya qurğusu BRM-1K komandirin kəşfiyyat döyüş maşınının şassindən və 2S9 “NONA-S” özüyeriyən artilleriya-minaatan qurğusunun döyüş bölməsindən ibarət bir hibriddir.

Bəzi məlumatlara görə, bu maşının prototipi “Şepetovski Təmir Zavodu”nda hələ 2021-ci ilin martında hazırlanıb. Bu, faktiki olaraq sovet 2S17-2 “Nona-SV” özüyeriyən artilleriya-minaatan qurğusu (ÖAMQ) konseptual layihəsinin həyata keçirilməsidir.

Sovet layihəsi 2S17-2 “Nona-SV” də tırtıllı BRM-1K bazasına əsaslanırdı, yalnız texniki layihə mərhələsində mövcud idi və sonradan, 1982-ci ildə digər – “Objimka” (seriyalı istehsal olunmayıb) və “NONA-2” şassilərin xeyrinə əvəz olunub.

2S9 “Nona-S” özü BMD hava-desant qoşunlarının döyüş maşını bazasında yaradılıb. Ukrayna layihəsi üçün isə 2S9 “Nona-S” ÖAMQ-ın döyüş bölməsi çıxarılaraq BRM-1K üzərində quraşdırılıb. Belə modernləşdirmə isə öz növbəsində BMD (боевая машина десанта) və BTR-D (бронетранспортёр — десантный) desant maşınlarının şassilərinin təmiri ilə bağlı problemlər səbəbindən həyata keçirilib.

Qeyd edək ki, 2S9 “Nona-S” ÖAMQ döyüş meydanında hava-desant qoşunları bölmələrinin atəş dəstəyi üçün təyin edilib. Bu silahın imkanları ondan təkcə canlı qüvvəni məhv etmək və müdafiə qurğularını dağıtmaq üçün deyil, həm də zirehli texnikalara atəş açmaq üçün istifadə etməyə imkan verir.

Öz növbəsində, BMP-1 bazasında hazırlanmış BRM-1K “Korşun” komandirin döyüş kəşfiyyat maşını quru qoşunlarının tərkibində kəşfiyyat aparmaq üçün təyin edilib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS