Ukrayna Silahlı Qüvvələri süni intellektə malik PUA-lardan istifadə edəcək
Ukrayna Silahlı Qüvvələri süni intellektə malik olan SAKER SCOUT pilotsuz uçuş aparatından (PUA) istifadə edəcək.
“Poliqon” Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qurum tərəfindən təsdiqlənib.
Bildirilib ki, süni intellekt alqoritmləri əsasında hazırlanan çoxrotorlu SAKER SCOUT əvvəlcə təchiz olunduğu müasir optik cihazların köməyi ilə düşmən texnikasının koordinatlarını müstəqil şəkildə müəyyənləşdirir və dəqiqləşdirir, daha sonra müvafiq qərarın qəbul edilməsi üçün məlumatları dərhal komanda məntəqəsinə ötürür. Beləliklə, bu, “insan səhvi” kimi riskləri aradan qaldırır.
SAKER SCOUT gecə vaxtı fəaliyyət göstərməsi üçün infraqırmızı optik cihaz ilə və EW vasitələrinə qarşı müqaviməti əhəmiyyətli dərəcədə artıran INS (Inertial Navigation System) sistemi ilə təchiz edilə bilər.