Ukraynanın müdafiə naziri: NATO tipli döyüş təyyarələrinə ehtiyacımız var
Bizim əsas prioritetimiz tez bir zamanda çoxsəviyyəli (çoxtəbəqəli, laylı) hava hücumundan müdafiə sistemi qurmaqdır.
“Poliqon” xəbər verir ki, bu fikirlər Ukraynanın müdafiə naziri Aleksey Reznikovun “Twitter” hesabında etdiyi paylaşımda yer alıb.
O bildirib ki, “Patriot”, IRIS-T, NASAMS və MiQ-29 bu məqsədə doğru atılan addımlardan sonuncusu deyil.
A.Reznikov Kremlin hücum taktikasını nəzərə aldıqda, Ukraynanın NATO tipli döyüş təyyarələrinə ehtiyacı olduğunu vurğulayıb.
““Yox, mümkün deyil” sözünü çox eşitmişik. Amma qeyri-mümkün olanın necə mümkün ola biləcəyini əvvəlcədən görmüşəm”, – deyə Ukraynanın müdafiə naziri qeyd edib.
CATEGORIES Dünya