“Ulaq” insansız silahlı katerinin atış sınaqları keçirilib

“Ulaq” insansız silahlı katerinin atış sınaqları keçirilib

Türkiyənin “ARES Tərsanəsi” və “Meteksan Savunma” şirkətlərinin birgə hazırladığı insansız silahlı katerin atış sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında bildirib.

Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal edilən “Cirit” raketi ilə silahlandırılan “Ulaq” atış zamanı hədəfi uğurla vurub.

Qeyd edək ki, Türkiyənin ilk insansız silahlı kateri (Silahlı İnsansız Deniz Aracı -SİDA) olan “Ulaq” 400 kilometr üzmə uzaqlığına, 65 km/saat maksimum sürətə, gündüz və gecə görmə qabiliyyətinə, milli şifrələnmiş rabitəyə sahibdir.

Həmçinin, “Ulaq” “Cirit”lə bərabər ROKETSAN şirkətinin digər bir məhsulu olan L-UMTAS raketi ilə də təchiz edilib.

Poliqon.az

CATEGORIES
TAGS