
Rusiyanın “Uralvaqonzavod” Səhmdar Cəmiyyətinin (UVZ) tanklar üçün hazırladığı gücləndirilmiş yeni dizel mühərrikləri seriyalı istehsala hazırdır.
Bu barədə “AzeriDefence”yə “Rostex” Dövlət Şirkətindən məlumat verilib.
Məlumatda bildirilir ki, yeni V-92S2F indeksli tank mühərrikləri bütün sınaqları müvəffəqiyyətlə keçib və seriyalı istehsala icazə sənədlərini alıb.
Yeni mühərriklər müasirləşdirilən T-72BZ və yeni seriya tanklara quraşdırılması üçün yaradılıb.
Qeyd olunub ki, 1130 at gücündə V-92S2F mühərrikin hərbi texnikalara inteqrasiyası onların çevikliyini və istismar xarakteristikalarını əhəmiyyətli dərəcədə yüksəldib.
Dərin müasirləşdirilməsinə baxmayaraq, V-92S2F sələfi V-92S2 ilə maksimal unifikasiya edilib.
Qeyd edək ki, V-92S2F ilk dəfə “Tank biatlonu” beynəlxalq ordu oyunlarının gedişatında təqdim edilib.




