“Vaqner” döyüşçüləri “Spider” lazer aşkaretmə qurğusundan istifadə edir

“Vaqner” döyüşçüləri “Spider” lazer aşkaretmə qurğusundan istifadə edir

Ukrayna hərbçilərinin əlinə Rusiya ordusunun “Spider” (“Hörümçək”) portativ lazer şüalanma detektoru keçdiyi iddia edilir.

“Poliqon” xəbər verir ki, bununla bağlı “Defence Blog” saytında məlumat dərc olunub.

Rusiya Silahlı Qüvvələrinin bu yeniliyi əldə etmək niyyəti ilə bağlı əvvəllər verilən məlumatlarla yanaşı, bu, “xüsusi hərbi əməliyyat”da iştirak edən qoşunların snayperləri və pilotsuz uçuş aparatlarını (PUA) aşkar etmək üçün şəxsi vasitələrlə təchiz olunmağa başladığını göstərir.

O da qeyd edilib ki, bu qurğular əsasən “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin təchizatına daxildir.

150 q ağırlığında olan qurğu dəbilqəyə (və ya döyüş təchizatının digər hissələrinə) yerləşdirilir və bütün məlum məsafəölçənlər, işıqlandırıcılar və hədəf təyinedicilərinin işlədiyi 0,8-1,7 mikron diapazondakı dalğa uzunluğuna malik lazer şüalarını tanıyır. Yəni, istismar təlimatına əsasən, qurğu göstərilən diapazonda işləyən bütün mövcud lazer məsafəölçənlərini, işıqlandırıcıları və hədəf təyinedicilərini aşkar edə bilir.

Təhlükə aşkar edildikdə, döyüşçü üç üsulla – vibrasiyalı səs (təhlükənin gəldiyi istiqaməti göstərir – səslə “sol”, “mərkəz”, “sağ” deyir), işıq (arxa tərəfdə “sol”, “sağ”, “mərkəz” + vibrasiyaya uyğun gələn üç LED işıq var) və kombinələşdirilmiş (işıq+səs+vibrasiya) qaydada xəbərdar edilir.

“Spider” aşkaretmə/tuşlama sistemlərindən və məsafəölçənlərdən lazer şüalanmasının istiqamətini aşkarlayır, təhlil edir və müəyyənləşdirir.

Cihaz iki RCR-123A və ya 16340 tipli litium-ion akkumulyator batareyadan -30°С-dən +40°С-dək temperatur intervalında 12 saat işləyir və IP65 mühafizə dərəcəsinə malikdir.

Bildirilir ki, əsasən, “Spider” PUA-ların yaratdığı təhlükə səviyyəsini azaltmağa imkan verir. Belə ki, PUA-lar kəşfiyyat apararkən optik müşahidə blokunun tərkibinə daxil olan lazer məsafəölçənlərini işə salır. Onlar snayper komplekslərində də istifadə olunur.

“Spider” lazer şüalanma detektorunun idarə olunmasını istismar təlimatı olmadan mənimsəmək mümkündür. Yeganə əl dəstəyi qurğunu işə salır/söndürür və xəbərdarlıq rejimlərini dəyişir. Siqnalın səs yüksəkliyini idarə etmək üçün isə düymədən istifadə olunur.

Qurğunun aşağı hissəsində onu ştativə quraşdırmaq üçün yuva var. Akkumulyator batareyasız cihazın kütləsi 150 qramdır.

Qurğunun özündən əlavə, tədarük dəstinə daşıma çantası, mini ştativ, kəmərcik, 4 akkumulyator batareyası, doldurma qurğusu, pasport və istismar təlimatı daxildir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS