Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin kritik rabitə əlaqəsi ASELSAN-ın radio sistemləri ilə təmin olunub

Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin kritik rabitə əlaqəsi ASELSAN-ın radio sistemləri ilə təmin olunub

Vətən müharibəsi zamanında Azərbaycan Silahlı Qüvvələrinin kritik rabitə əlaqəsinə dair fəaliyyətləri ASELSAN şirkətinin radio sistemləri vasitəsi ilə təmin olunub.

ASELSAN şirkətinin sabiq baş direktoru (hazırda Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı) Prof. Dr. Haluk Görgün POLİQON jurnalına müsahibəsində bildirib ki, ASELSAN-ın fəaliyyəti 1975-ci ildə Türkiyə Silahlı Qüvvələrinin rabitə ehtiyaclarının milli və orijinal şəkildə qarşılanması məqsədilə ilk olaraq yerli rabitə vasitəsinin istehsal edilməsi ilə başlayıb.

“Beləliklə, məhsul portfelimiz çox genişlənsə də, bu işin təməlində rabitə dayanır. Türkiyədə olduğu kimi Azərbaycanda da uzun müddətdir ki, bu xidmətləri və məhsulları təklif edirik.

Peyk rabitə sistemləri və bizim EHKET dediyimiz elektron müharibəyə qarşı qorumalı əl radiomuz Azərbaycanda da uğurla istifadə olunmaqdadır. Xüsusilə Vətən müharibəsi zamanında Azərbaycan Silahlı Qüvvələrinin kritik rabitə əlaqəsinə dair fəaliyyətləri bizim radio sistemlərimiz vasitəsi ilə təmin olundu. Beləliklə, bu mənada da deyə bilərik ki, onlar əməliyyat meydanında istifadəsi sübut edilmiş sistemlərdir”, – deyə Haluk Görgün vurğulayıb.

Poliqon.az

CATEGORIES