Vitse-prezident: “Elbit Systems” məhsulları Azərbaycan əsgərlərinin həyatını qurtarmaqda böyük rol oynayıb – MÜSAHİBƏ

Vitse-prezident: “Elbit Systems” məhsulları Azərbaycan əsgərlərinin həyatını qurtarmaqda böyük rol oynayıb – MÜSAHİBƏ

Dünya miqyasında müdafiə ilə bağlı geniş spektrli proqramlarla məşğul olan İsrailin “Elbit Systems” şirkəti aerokosmik, pilotsuz uçuş aparatları, quru və dəniz sistemləri, C4ISR, qabaqcıl elektro-optika, elektron müharibə (EW) dəstləri, siqnal kəşfiyyat sistemləri, rabitə vasitələri və kommunikasiya sistemləri, radio və kiber-əsaslı sistemlər və sursatlar sahəsində fəaliyyət göstərir. Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsində özünəməxsus yer alan yüksək texnologiyalı “Elbit Systems” “ADEX-2022” beynəlxalq müdafiə sərgisində iştirakı zamanı Azərbaycanın dövlət və hökumət rəsmiləri ilə məhsuldar görüşlər keçirib. Sərginin ilk günü Prezident İlham Əliyev “Elbit Systems” şirkətinin stendinə baş çəkərək şirkət rəhbərliyindən yeni təqdim olunan layihələri barədə məlumat alıb.

POLİQON jurnalı olaraq “ADEX-2022” sərgisində iştirak edən “Elbit Systems” şirkətinin Vitse-prezidenti Miki Levin ilə görüşərək fəaliyyət istiqamətləri və Azərbaycanla bağlı layihələr barəsində ətraflı məlumat almağa çalışdıq.

POLİQON: Cənab Vitse-prezident, əvvəlcə şirkətiniz barədə ümumi məlumatlar verməyinizi istərdik. “Elbit Systems”in fəaliyyət istiqamətləri barədə nələri deyə bilərsiniz?

16624611671871623773 — копияVitse-prezident: “Elbit Systems” əsasən hərbi sahədə çalışan böyük konserndir. Bu hərbi sənaye kompleksinin istehsal etdiyi məhsulların 95 faizi silahlı qüvvələrə və qurumlara yönəlib. Bəzi sahələr var ki, ikili və mülki istifadə üçündür. Konsern 4 böyük bölmədən ibarətdir. Burada ümumilikdə 20 min işçi çalışır. Şirkətin təqribən ümumi satış dövriyyəsi 5 milyard ABŞ dollarına çatır. “Elbit Systems” özəl şirkətdir. O, Federman Şirkətlər Qrupunun tərkibindədir və səhmlərinin 45 faizi ona aiddir. Digər səhmləri isə ABŞ və İsrailin birjalarında satışdadır.

“Elbit Systems”in fəaliyyət istiqamətləri 4 bölmədən ibarətdir: 1-ci bölmə aviasiya və pilotsuz uçuş aparatları; 2-ci bölmə quru nəqliyyat vasitələrinin, zirehli texnikanın və artilleriya platformalarının istehsalı və modernləşdirilməsi; 3-cü bölmə strateji rabitə və rabitə sistemləri; 4-cü bölmə ISTAR adlandırılır ki, bu bölmə optik vasitələrə və müşahidə sistemlərinə aid olan məsələlər ilə məşğul olur.

Şirkətin 70 faiz məhsulu əsasən ixraca çıxarılır, 30 faizi isə İsrail Silahlı Qüvvələrinə tədarük olunur. “Elbit Systems” tıərəfindən ABŞ-da da böyük həcmdə işlər görülür və fəaliyyətimizin 30 faizi bu ölkənin Silahlı Qüvvələrinə yönəlib.

“Elbit Systems”in İsraildə onlarca müəssisə və zavodları mövcuddur. Bundan başqa müxtəlif ölkələrdə nümayəndəliklər də vardır ki, onlar da həmin dövlətlər və regionlar üzrə çalışırlar.

POLİQON: “Elbit Systems” məhsullarının üstünlükləri nələrdir və müştərilər hansı üstünlüklərə görə, bu məhsulları seçirlər?

Vitse-prezident: İlk olaraq onları texnologiyalarına, keyfiyyətinə görə seçirlər. Çünki, “Elbit Systems” hazırda elə sahələrlə məşğul olur ki, buna görədə “Elbit Systems” dünyada ən güclü üç şirkət sırasına daxildir. Amma, nəzərə alaq ki, bu sahələrdə də böyük rəqabətlilik var. “Elbit Systems” üç ən böyük şirkətdən biri olaraq qiymət baxımından da müştərilər üçün sərfəli olsun deyə kommersiya sahəsində də özünü göstərə bilib. Şirkət özəl olduğuna görə daim genişlənir. Belə ki, ya digər şirkətləri özünə birəşdirir, ya da başqa şirkətləri ilə konsultasiya olunur. Bunun sayəsində “Elbit Systems” İsraildə ən böyük sənaye kompleksinə malikdir və hətta dövlət şirkətlərindən də böyükdür. Dünya hərbi sənaye şirkətləri arasında “Elbit Systems” 25 ən böyük şirkət arasında yer alır.

POLİQON: Cənab Vitse-prezident, siz tərəfdaşlıqla bağlı məsələlərə toxundunuz. “Elbit Systems” tərəfdaşları seçərkən hansı meyarlar üstün götürülür?

MRS9650 — копияVitse-prezident: Tərəfdaşların seçimində vəziyyət fərqli olur. Biz hansısa bir şirkəti alarkən, “Elbit Systems”ə birləşdirərkən eləsini seçirik ki, onların həlli bizim şirkətin həlləri ilə eyni olmasın. Biz elə şirkətlər seçirik ki, “bir üstə gəl bir bərabərdir üç” olsun.

Bundan başqa, çalışırıq ki, əməkdaşlıq etdiyimiz ölkələrdən öz tərəfadaşlarımızı seçək. Çünki yerli sənaye buna maraq göstərir və məhz istehsalatın lokallaşdırılması müəyyən sahələrdə bizə də üstünlük verir.

POLİQON: “Elbit Systems” şirkətinin hazırda önəm və öncəlik verdiyi layihələr hansılardır?

Vitse-prezident: Şirkətin profilini nəzərə alaraq əsas üstünlük verdiyimiz layihələr rabitə sistemləri, zirehli texnikalar və şirkət profilinə uyğun olan digər məsələlərdir.

POLİQON: “Elbit Systems” şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr barədə nələri deyə bilərsiniz?

Vitse-prezident: Azərbaycan bizim ən böyük tərəfdaşlarımızdan biridir və ölkənin tələbatı olan hərbi təyinatlı məhsullar “Elbit Systems” profilinə uyğundur. Bura həm zirehli texnikanın modernləşdiriməsi, həm PUA və radioelektron mübarizə sistemləri, həm yüksəsk dəqiqlikli silahlar, həm quru və aviasiya silahları, həm də bir sıra bu cür sahələr aiddir.

POLİQON: Zirehli texnikanın modernləşdiriməsindən söz düşmüşkən. Bizdə olan məlumata görə, “Elbit Systems” bir müştərisinə tankların modernizasiya işlərini görəcəkdi, amma bu ölkənin adı açıqlanmır. Bu ölkə, müharibədən yeni çıxmış Azərbaycan ola bilərmi?

MRS9654 — копияVitse-prezident: Ölkələr arasındakı konfidensial məsələlərə toxunmaq istəməzdim. Ancaq bildiyiniz kimi, biz Azərbaycanda zirehli texnikalarla bağlı layihələrdə də iştirak etmişik. Lakin, bir daha təkrar edirəm, bu dəqiqə ölkənin hansısa bir müəyyən konfidensial məsələlərinə toxunmaq istəməzdim.

POLİQON: Bildiyiniz kimi, 2-ci Qarabağ Müharibəsində Azərbaycan qələbə qazandı. Bu müharibədə döyüşlərin uğurla nəticələnməsində İsrail şirkətlərinin hərbi məmulatlarından, o cümlədən “Elbit Systems” məhsullarından geniş və uğurla istifadə olundu. Həmin müharibədə tətbiq olunan “Elbit Systems” məhsullarının üstünlükləri barədə qısaca məlumat verməyinizi istərdik. Müharibədən sonra bu məhsullara dünya bazarında maraq artdımı?

Vitse-prezident: Döyüşlər zamanı mən və bizim mütəxəsislərimiz burada olublar. Bu silahların istifadə edilməsi ilə bağlı Azərbaycandan nə tələb olunurdusa, biz hər cür köməkliyi göstərmişdik və elə hesab edirdik ki, sizin qələbəniz bizim qələbəmizdir. Demək olar bizim tədarük etdiyimiz məhsulların hamısı uğurla istifadə olunur və bir çox yüksək səviyyəli hərbi rəsmilərin dediklərinə görə, “Elbit Systems” məhsulları əksər hallarda məhz Azərbaycan əsgərinin həyatını qurtarmaqda çox böyük rol oynayıb.

Əlbəttə, operativ təcrübə, hansıki bu çətin Qarabağ müharibəsində özünü göstərdi və Türkiyənin “Baykar” şirkəti kimi, bizim şirkətin də təşviqi üçün böyük bir rolu vardır.

POLİQON: “Elbit Systems” şirkətinin “ADEX-2022” sərgisində ilk dəfə təqdim etdiyi yeni Rəqəmsal Ordu Korpusunun İdarəetmə Məntəqəsi layihəsi ilə bağlı ətraflı məlumat ala bilərikmi?

1662461167638615134 — копияVitse-prezident: Bununla bağlı dərinliyə girmək istəməzdim. Çünki bəzi məsələlər konfidensiallıq daşıyır. Onu demək istərdim ki, şirkətimiz bu məhsulların istehsal edilməsində lider rollarından birini oynayır. Demək olar ki, biz İsrail Ordusunu bu sistemlər ilə təchiz etmişik.

Yuxarıda qeyd etdiyim, “Elbit Systems”in 4 bölməsindən biri məhz bu sahədə, eyni zamanda qabaqcıl rabitə sistemlərinin istehsalı ilə çalışır. Onlar avtomatik idarəetmə sisteminin bir hissəsi sayılır və məlumat ötürür. Yəni sistem Ordunun professionallığını yüksəltməkdən ibarətdir. Burada özün düşmən ordusunun hədəfi barədə məlumat yerləşdirirsən. Həmin an avtomatik şəkildə informasiya ötürülür və bu hədəfin zərərsizləşdirilməsi üçün istifadə olunur.

Bu gün hədəfin təyin edilməsi və onun vurulması arasında vaxtın azaldılması uğurun əsas təməli sayılır. Bu vahid sistem ordu ilə birgə hərəkət edə bilir. Sistemin hava, quru, o cümlədən artilleriya qoşunlarına məlumat ötürməsi imkanına sahib olmasını nəzərə alsaq, bu uğurun əsas faktoru sayılır.

POLİQON: Günümüzdə dünyada kibertəhlükəsizlik məsələləri önəmli yer tutur. Azərbaycanda kibertəhlükəsizlik ilə bağlı həyata keçiridiyiniz layihələr varmı?

Vitse-prezident: Bu gün mövcud olan bütün kiber sistemlər düşmənin kiber hücumuna məruzdurlar. İsraildə biz belə öyrəşmişik ki, tank da, helikopter də, bütün aviasiya sistemləri də kiber hücumlardan qorunmalıdır. Biz şad olaradıq ki, Azərbaycanla da bu mövzu ətrafında işləyək. Ancaq, hələlik Azərbaycanda bu istiqamətdə iş görməmişik.

POLİQON: Cənab Vitse-prezident,ADEX-2022” sərgisində nümayiş etdirdiyiniz müdafiə təyinatlı məmulatlar barəsində oxucularımıza qısa məlumat verməyinizi istərdik.

MRS9512 — копия 1Vitse-prezident: Azərbaycanla çox böyük işlər görürdüyümüzü nəzərə alaraq istədik ki, bu sərgidə daha geniş miqyaslı təmsil olunaq. Biz bəlkə də yeganə şirkətlərdənik ki, “ADEX-2022” sərgisində həm qapalı pavilyonda, həm də açıq sahədə stendlərimiz var. Onun ümumi sahəsi 350 kvadrat metrdir. Orada bizim istehsalımız olan 50-yə yaxın müxtəlif sistemlər təqdim olunub. Onların çoxu ya Azərbaycan Ordusuna tədarük olunub, ya da tədarük edilməkdədir. Daxili pavilyonda aviasiya, helikopter və hərbi gəmilər üçün sistemlər təqdim olunub.

Açıq sahədə əsasən quru tematikalı silahlar sərgilənir. Bunların arasında avtomatik idarəetmə sistemi, o cümlədən dünyada lider olan qabaqcıl rabitə sistemləri xüsusi maraqla qarşılanıb. Eləcə də qüllələr üzərində uzaq məsafəni aydın şəkildə göstərmək imkanına malik olan optik sistemlər və artilleriya sistemləri təqdim olunub. Stendimizdə 300 km-ə qədər uzaq mənzilli raket sistemləri, həmçinin minaatan və maşın üzərində minaatan sistemləri nümayiş etdirilib. Habelə, döyüş modulları olan robotlar, kvadrakopterlər, PUA-lar, o cümlədən kamikadze PUA-lar sərgilənib.

Geniş miqyaslı iştirakı nəzərə alaraq Azərbaycan Prezidenti sərgini ziyarəti zamanı “Elbit Systems” stendində olub və burada nümayiş etdirdiyimiz məhsullarla yaxından maraqlanıb. Bu bizim üçün çox müsbət ziyarət oldu. Bu silahları həm Müdafiə naziri, həm də Baş Qərargah rəisi çox müsbət şəkildə təqdim ediblər.

Cənab Vitse-prezident dəyərli vaxtınızı ayırıb suallarımızı cavablandırdığınız üçün sizə təşəkkür edirik. 

Müsahibə POLİQON hərbi-texnoloji jurnalının sentyabr-oktyabr 2022-ci il tarixli 5 (61) saylı buraxılışında yayımlanıb

Zaur Babaşov

CATEGORIES
TAGS