Vitta

Vitta

VİTTA Elmi-texniki şirkəti 1991-ci ildə qurulub və ixtisaslaşmış informasiya sistemlərinin, telekommunikasiya, kompüter və tibbi texnikanın layihələndirilməsi və istehsalı üzrə Azərbaycanda ilk peşəkar şirkətdir. Şirkət Sovet ittifaqının Hərbi-Sənaye Kompleksinin strukturlarında elektron hərbi texnikanın layihələndirilməsi sahəsində çalışan aparıcı peşəkar mütəxəssislər tərəfindən yaradılıb. Şirkətin yaradılmasından sonra ilk 8 il ərzində müxtəlif elektron, telekommunikasiya və tibbi cihazların layihələndirilməsi və istehsalı həyata keçirilib.

1996-cı ildən şirkətdə tibb müəssisələrinin və hospitalların layihələndirilməsi və təchiz olunması, hospitalların fəaliyyəti üçün informasiya sistemlərinin yaradılması üzrə istiqaməti bölmə açılıb. 2014-cü ildən bütün sənaye sahələri – aviasiya, neft-qaz, energetika, maşınqayırma, nəqliyyat, yüksəktexnoloji istehsal və s. kimi sahələr üçün ölçmə və nəzarət-yoxlama diaqnostika sistemləri, 2016-cı ildən müxtəlif sənaye sahələri üçün robotlaşdırılmış intellektual sistemlər, o cümlədən pilotsuz uçuş aparatları (PUA), eləcə də, xüsusi təyinatlı PUA istiqaməti yaradılıb.

Ünvan: Bakı şəhəri, Tbilisi prospekti, 129

Telefonlar: (+994 12) 530 81 81
(+994 12) 530 81 96
(+994 12) 497 48 67
(+994 12) 497 13 46
Web: www.vitta.az, E-mail: vitta@vitta.az


“Synapline Technologies” ADEX-2022-də süni intellektə əsaslanan həllərini nümayiş etdirəcək

Sentyabrın 6-dan 8-dək Azərbaycanda Bakı Ekspo Mərkəzində keçiriləcək 4-cü ADEX Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə iştirak edən yerli “Synapline Technologies” şirkəti süni intellektə əsaslanan həllərini ... Read More

VİTTA Azərbaycanın ilk VTOL pilotsuz uçuş aparatını hazırlayıb

“VİTTA Elmi Texniki Şirkəti” MMC Azərbaycanda ilk dəfə olaraq VTOL (Vertical Take-Off & Landing) vertikal qalxma və enmə funksiyalı uçuş aparatı hazırlayıb. Ilk dəfə ADEX-2018 ... Read More

VİTTA pilotsuz uçuş aparatları təqdim edib

Azərbaycanda innovativ texnologiyalar sahəsində intellektual həllər təklif edən “VİTTA Elmi Texniki Şirkəti” MMC tərəfindən multirotor tipli PUA-nın yaradılması üzərində çalışır. “AzeriDefence”nin məlumatına görə, 8 rotorlu, ... Read More