
“Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur”.
“AzeriDefence”nin məlumatına görə, bunu Azərbaycanın İslam Hərbi Koalisiyasına qoşulması barədə KİV-də gedən xəbərlərə münasibət bildirən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib:
“İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur”.
Qeyd edək ki, KİV-də yayılan məlumata görə, Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib. Bildirilir ki, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.



