
Yaponiya və ABŞ arasında SM-3 Block IIA tipli idarə olunan raketlərin alğı-satqısına dair müqavilə imzalanıb.
“AzeriDefnce”nin xarici mətbuata istinadən verdiyi məlumata görə, müqavilənin dəyəri 133,3 milyon ABŞ doları təşkil edir.
Sazişə əsasən ABŞ Yaponiya Silahlı Qüvvələrini 4 ədəd SM-3 Block IIA raketi, 4 ədəd Mk 29 konteyner tipli raket işəsalma qurğusu, həmçinin texniki və logistik dəstək ilə təmin edəcək.
Yaponiya və ABŞ-ın birgə istehsal etdiyi SM-3 Blok IIA raketi ballistik raket təhdidlərinin qarşısını almaq üçün gəmidə yerləşən “Aegis” və yerüstü raket əleyhinə “Aegis Ashore” müdafiə kompleksləri ilə dəstləşdirilə bilir.
Qeyd edək ki, yeni SM-3 Blok IIA raketlərinin atış mənzili 700 – 2 500 kilometr təşkil edir. SM-3 Blok IIA raketlərinin 2021-ci ilə qədər Yaponiya Ordusunun invertarına daxil edilməsi planlaşdırılır.



