Yeni “Altay” tankında istifadə edilən ASELSAN məhsulları – SİYAHI

Yeni “Altay” tankında istifadə edilən ASELSAN məhsulları – SİYAHI

BMC tərəfindən hazırlanan yeni nəsil “Altay” tankında istifadə edilən ASELSAN məhsullarının siyahısı açıqlanıb.

“Poliqon” xəbər verir ki, bununla bağlı ASELSAN şirkətinin sosial media hesablarında paylaşım olunub.

Paylaşımda bildirilib ki, ASELSAN şirkəti “Altay” tankını yükəsk atəş gücü, sağ qalma və hərəkət qabiliyyəti ilə təmin edir.

Hərəkət qabiliyyəti:

  • ANS-420K inertial naviqasiya sistemi;
  • GÖREN-200 sürücügörüş sistemi;
  • Tank sürücüsünün görüş sistemi;
  • Qüllə sürüşmə bilərziyi (Kule Kayar Bileziği).

Atəş gücü:

  • VOLKAN-II atəşi idarəetmə sistemi;
  • SARP uzaqdan idarə olunan döyüş modulu;
  • NIDGAB (Nişancı İkinci Derece Görerek Atış Birimi) sistemi;
  • Tank ekipajı təlim sistemi;
  • Döyüş meydanını tanıma və tanıtdırma sistemi;
  • KARTALGÖZÜ-200 periskopu;
  • ATS-70 E/O Nişangahı.

Sağ qalma bacarığı:

  • AKKOR aktiv müdafiə sistemi;
  • Tank komanda-nəzarət rabitə informasiya sistemi;
  • LİAS-100 lazer xəbərdarlıq sistemi;
  • “Örümcek” yaxın məsafədən müşahidə sistemi;
  • Rabitə sistemləri;
  • Daxili xəbərləşmə sistemləri.

Poliqon.az

CATEGORIES
TAGS