Yeni avtomat və elektron dəstək sistemləri Türkiyədə inventara daxil edilib

Yeni avtomat və elektron dəstək sistemləri Türkiyədə inventara daxil edilib

Türkiyənin Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda elektron dəstək sistemləri və avtomatların qəbul fəaliyyətlərini tamamlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.

Qeyd olunub ki, bu çərçivədə ASELSAN şirkətinin MİLKED-3A3 elektron dəstək sistemləri və “Sarsılmaz” şirkətinin 5.56 mm-lik SAR 56 avtomatları Quru Qoşunlarının inventarına daxil edilib.

CATEGORIES