
Rusiya Silahlı Qüvvələri “Uralvaqonzavod” Dövlət Şirkətindən BMPT “Terminator” atəş dəstəyi maşınlarının növbəti partiyasını alacaq.
Bu barədə “AzeriDefence” Rusiya mediasına istinadən xəbər verib.
2018-ci ilin martında həyata keçiriləcək tədarük paketinə 11 ədəd BMPT atəş dəstəyi maşınları daxildir.
Bundan əvvəlki tədarükdən fərqli olaraq, yeni BMPT “Terminator” T-72A şassisi üzərində deyil, T-90A şassisi üzərinə inteqrasiya olunub. Zirehli atəş dəstəyi transportyorunun yeni adı hələki açıqlanmayıb.



