
“Rostex” Dövlət Korporasiyasının “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi “Depeşa-3” yürüstü robotunu xüsusi hədəf sistemi ilə təchiz edib.
“Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər”ə istinadən xəbər verir ki, bu kompleks hərbi qulluqçuların döyüş hazırlığı məqsədilə canlı hədəf mühitinin yaradılması üçün hazırlanıb.
Kompleks həmçinin atıcılıq üzrə yarışların keçirilməsində də istifadə oluna bilər.
Tırtıllı “Depeşa” robotunun bazasında yaradılmış hədəf kompleksi hazırlığın effektivliyini artırır, hərəkət edən hədəflərə atəş açma məşqlərini həyata keçirməyə imkan verir. Bu isə atıcılıq bacarıqlarının təkmilləşdirilməsinə kömək edir.
“Depeşa” platforması universallığı ilə seçilir. Müxtəlif modulların quraşdırılması sayəsində robot fərqli tapşırıqlara uyğunlaşdırıla bilir. Texnika ərzaq, yanacaq və avadanlıq daxil olmaqla yüklərin daşınmasını həyata keçirə, həmçinin yaralıların təxliyəsində istifadə edilə bilər.




