Yunanıstan HHQ-ə məxsus F-4 qırıcısı qəzaya uğrayıb

Yunanıstan HHQ-ə məxsus F-4 qırıcısı qəzaya uğrayıb

Yunanıstan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus F-4 “Phantom” döyüş təyyarəsi qəzaya uğrayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Yunanıstanın “ERT World” televiziya kanalı məlumat yayıb.

Məlumatda bildirilib ki, qırıcı Antravida şəhərinin cənubunda, İon dənizi üzərində təlim uçuşunu yerinə yetirərkən qəza baş verib və dənizə düşüb.

Bu zaman təyyarədə iki pilot olub. Rəsmilər qəza anında pilotların katapult edib-etmədiklərinə dair əllərində hansısa ilkin məlumatın olmadığını qeyd edib.

Yunanıstan tərəfindən aparılan axtarış-xilasetmə əməliyyatları zamanı döyüş təyyarəsinin qalıqları Kiparissia körfəzi yaxınlığında tapılıb. Ancaq pilotların axtarışı davam edir.

Hərbi ekspertlər qəzaya səbəb kimi F-4 qırıcısının aşağı yüksəklikdə təlim uçuşunu icra edən zaman yüksək “G” qüvvəsinə (“G” qüvvəsi – hərəkət zamanı pilotun və istənilən texnikanın məruz qaldığı təzyiq) qüvvəsinə məruz qalmasını göstərirlər.

Poliqon.az

CATEGORIES
TAGS