Zakir Həsənov bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması barədə tapşırıqlar verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və baş verə biləcək istənilən təxribatın qarşısının alınmasına hər an hazır olunması barədə konkret tapşırıqlar verib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki əməliyyat şəraiti geniş təhlil edilib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yerli televiziya kanallarına son müsahibəsi zamanı Ordunun xidməti-döyüş fəaliyyətinin, eləcə də aparılan hərbi islahatların yüksək qiymətləndirildiyini vurğulayan nazir, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.