Zyvex Marine şirkəti nanokompozit gövdəli sürət katerini təqdim edib

Zyvex Marine şirkəti gövdəsi nanokompozit materialdan hazırlanmış uzaq mənzilli LRV-17 (Long Range Vessel) sürət katerini suya endirib. Bu barədə “AzeriDefence” Zyvex Marine şirkətinin saytına istinadən məlumat verib.

Şirkətin yaydığı məlumatda qeyd olunub ki, yeni katerdə yanacaq sərfi azaldılıb. Kater 75 km/saat sürət yığa bilir və 1500 dəniz mili (2775 kilometr) üzmə uzaqlığına malikdir.

Arovex materialından hazırlanmış LRV-17 katerində CFRP-CNT karbonlu armaturlardan istifadə olunub. Bu da konstruksiyanın çəkisini azaldıb. Bu gəmi inşasında nanokompozit materiallardan istifadə ilə bağlı birinci hadisədir.

Uzunluğu 17 metr təşkil edən katerin korpusu V konfiqurasiyasına malikdir. Katerdə idarəetmənin yaxşılaşması üçün aktiv giroskopik stabilizator qurulub. İki heyət tərəfindən idarə edilən katerin göyərtəsində əlavə 4 personal üçün oturacaqlar mövcuddur. Ümumilikdə katerin 6 nəfər heyəti 5 gündən artıq dənizdə qala bilər.

CATEGORIES