
2025-ci ilin ən böyük müdafiə sənayesi şirkətləri bəlli olub – SİYAHI
ABŞ-ın “Defense News” jurnalı 2025-ci il üçün dünyanın ən böyük 100 müdafiə sənayesi şirkəti (Defense News Top 100) siyahısını açıqlayıb.
“Poliqon” xəbər verir ki, siyahıda Türkiyənin 5 şirkəti – ASELSAN, TUSAŞ, “Roketsan”, ASFAT və “Makine ve Kimya Endüstrisi” (MKE) yer alıb.
Siyahıya görə, ötən il 42-ci pillədə qərarlaşan ASELSAN bu il 43-cü, 50-ci pillədə qərarlaşan TUSAŞ 47-ci, 71-ci pillədə qərarlaşan “Roketsan” 71-ci, 94-cü pillədə qərarlaşan ASFAT 78-ci və 84-cü pillədə qərarlaşan MKE 80-ci olub.
“Defense News Top 100 for 2025” siyahısı üzrə ilk 10-luq belədir:
- “Lockheed Martin” – ABŞ;
- RTX – ABŞ;
- “China Aerospace Science and Industry Corporation” (CASIC) – Çin;
- “Northrop Grumman” – ABŞ;
- “General Dynamics” – ABŞ;
- “BAE Systems” – Böyük Britaniya;
- “Boeing” – ABŞ;
- “China State Shipbuilding Corporation” – Çin;
- “L3Harris Technologies” – ABŞ;
- “Thales” – Fransa.
Bu linkə daxil olaraq tam siyahı ilə tanış ola bilərsiniz.
TAGS Manşet