“Saab” İsveçin “Gripen” döyüş təyyarlərinə texniki xidmət göstərəcək

“Saab” İsveçin “Gripen” döyüş təyyarlərinə texniki xidmət göstərəcək

“Saab” şirkəti İsveç Müdafiə Avadanlıqları İdarəsindən (FMV) 345 milyon SEK (31.8 milyon ABŞ dolları) dəyərində sifariş alıb.

“Poliqon” “Saab” istinadən xəbər verir ki, sifariş çərçivəsində İsveç Silahlı Qüvvələrinin JAS-39 “Gripen” C/D/E döyüş təyyarələrinə texniki xidmət və logostika dəstəyi göstəriləcək.

Qeyd edək ki, bu sifariş, İsveç Silahlı Qüvvələrinə məxsus bütün növ “Gripen” döyüş təyyarlərinə təmir və texniki xidmət dəstəyinin göstəriləməsi üçün tərəflər arasında ötən ilin dekabr ayında imzalanan 3.4 milyard SEK (327.2 milyon ABŞ dolları) dəyərindəki müqavilə əsasında verilib.

Poliqon.az

CATEGORIES
TAGS