Rusiyada texnika heyətləri üçün yeni təchizat dəsti təqdim olunub

Rusiyada texnika heyətləri üçün yeni təchizat dəsti təqdim olunub

Rusiyanın “Kalaşnikov” konserni ilk dəfə “Army-2024” beynəlxaq hərbi-texniki forumunda hərbi texnika və zirehli döyüş maşınlarının heyətləri üçün təchizat dəstini təqdim edib.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, “Triada-TKO” şirkəti (“Kalaşnikov” konserninə daxildir) ilk dəfə olaraq “Army-2024”də hərbi texnika və zirehli döyüş maşınlarının heyət üzvləri üçün təchizat dəstini təqdim edib.

Yeni komplektə odadavamlı yay və qış kombinezonları, zirehli jiletlər, şlemofon və odadavamlı əlcəklər daxildir. Təchizat dəsti heyət üzvlərini açıq alov və ikinci dərəcəli dağıdıcı elementlərin təsirindən qorumaq üçün təyin edilib.

“Təminata qəbul edilmiş məmulatla müqayisədə yay kombinezonları yüksək rahatlığa və yaxşı erqonomik xüsusiyyətlərə makikdir. Qış kombinezonları, öz növbəsində, yağışdan qorunmağa zəmanət verir və alt paltarı ilə birləşdikdə, yanğına qarşı qoruyucu xüsusiyyətlər təmin edir”, – deyə məlumatda bildirilib.

Xatırladaq ki, əvvəllər təminata qəbul edilmiş 6B48 “Ratnik-ZK” təchizat dəsti silahlanmaya 2014-cü ildə qəbul edilib. Bu dəstin istehsalçısı “Armokom” Moskva Yüksək bərklikli materiallar mərkəzidir.

Müxtəlif zirehli texnikaların heyətləri üçün nəzərdə tutulmuş qoruyucu təchizat dəsti ilk dəfə Moskva yaxınlığındakı Alabino hərbi poliqonunda 30 iyul – 13 avqust 2016-cı il tarixlərində keçirilən “Tank biatlonu” çərçivəsində təqdim edilib.

Bu dəst döyüş maşınlarının heyət üzvlərini yaşayış üçün nəzərdə tutulmuş bölmədə əmələ gələn açıq alovdan, termik təsirdən, ikinci dərəcəli qəlpələrdən qorumaq, həmçinin dirsək və diz oynaqlarını müxtəlif növ mexaniki zədələrdən qorumaq üçün təyin edilib.

6B48 “Ratnik-ZK” dəstinə 6B48-1 qəlpəyə qarşı zirehli jilet, 6B48-2 zirehli şlemofonu və 6B48-3 odadavamlı yay və qış kombinezonu daxildir.

Əhəd Vahidoğlu

CATEGORIES