ABŞ Avstraliyaya “Javelin” TƏİR komplekslərinin satışını təsdiqləyib

ABŞ Avstraliyaya “Javelin” TƏİR komplekslərinin satışını təsdiqləyib

ABŞ hökuməti 60 milyon dollar dəyərindəki “Javelin” tank əleyhinə idarəolunan raket komplekslərinin (TƏİRK) Avstraliyaya satışını təsdiqləyib.

“Poliqon” xəbərr verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, bu sifarişə 255 ədəd “Javelin” FGM-148F raketinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

“Javelin” TƏİRK ABŞ-ın “Raytheon” və “Lockheed Martin” şirkətləri tərəfindən istehsal olunan üçüncü nəsil daşınan tank əleyhinə raket kompleksidir. “Javelin” 1990-cı ildən ABŞ və bir sıra digər ölkələrin silahlanmasında olan “atdın və unutdun” prinsipi ilə işləyən komplekslər sinfinə aiddir.

FGM-148 “Javelin” TƏİRK raketi termal özütuşlama başlığına malikdir. Ona görə də raket kompleksinin operatoru buraxılışdan sonra hədəfə yaxınlaşma zamanı raketin uçuşunu izləmir və tənzimləmir.

“Javelin” kompleksi əsasən yerüstü zirehli texnikaların və aşağı hündürlükdə uçan hava hədəflərinin (helikopterlər, PUA-lar) məhv edilməsi üçün təyin edilib.

Poliqon.az

CATEGORIES
TAGS