HavaXəbərlər

ABŞ-da SM-3 IB və SM-3 IIA raketlərinin istehsalı artırılacaq

ABŞ Müharibə Nazirliyi “Boeing” və “RTX” şirkətləri ilə “Standard Missile-3 Block IB” (SM-3 IB) və “Standard Missile-3 Block IIA” (SM-3 IIA) raketlərinin istehsalının artırılması məqsədilə iki çərçivə razılaşması imzalayıb.

“Poliqon” ABŞ Müharibə Nazirliyinə istinadən xəbər verir ki, razılaşmalar çərçivəsində hər iki raketin əsas komponentlərinin istehsal gücünün genişləndirilməsi nəzərdə tutulur.

Bu addım ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmi əsaslı ballistik raketdən müdafiə imkanlarının gücləndirilməsinə xidmət edəcək.

Qeyd edək ki, SM-3 IB və SM-3 IIA raketləri ABŞ-ın “Aegis” ballistik raketdən müdafiə sisteminin əsas komponentlərindəndir. Gəmidən buraxılan bu raketlər ballistik raketlərə qarşı müdafiə üçün istifadə olunur və ABŞ-ın dəniz əsaslı raketdən müdafiə imkanlarının əsasını təşkil edir.

Back to top button