HavaXəbərlər

ABŞ HDQ yeni JDAM-LR tuşlama dəstini sınaqdan keçirib

ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) yeni JDAM-LR (Long Range) tuşlama dəstini sınaqdan keçirib.

“Poliqon” ABŞ HDQ-yə istinadən xəbər verir ki, aviasiya bombaları üçün nəzərdə tutulmuş bu uzunmənzilli tuşlama dəsti sınaqları uğurla başa vurub.

Bildirilib ki, JDAM-LR-ə inteqrasiya edilmiş turbojet mühərriki standart JDAM-ı aşağı qiymətli və yüksək dəqiqliyə malik qanadlı raketə çevirir. Son sınaqlar nəticəsində standart JDAM-la müqayisədə uçuş məsafəsinin təxminən 200 dəniz mili qədər əhəmiyyətli dərəcədə artırıldığı müəyyən edilib.

Bu imkan pilotlara yüksək riskli mühitlərdə dəqiqliyi qorumaqla daha uzaq məsafədən zərbələr endirməyə şərait yaradır.

Hazırda JDAM-LR üzrə sınaqlar davam edir və əsas diqqət sistemin gəmi platformalarına inteqrasiyasına yönəlib.

Back to top button