ABŞ-ın Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketi açıqlanıb

ABŞ-ın Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketi açıqlanıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 2.1 milyard dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.

“Poliqon” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən hərbi yardım Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) tərəfindən təmin edilir.

Bildirilib ki, yeni hərbi yardım paketinə daxil olan sistemlər Ukraynanın hava hücumundan müdafiə bacarıqlarını artırmağa imkan verəcək.

Hərbi yardım paketinə daxildir:

  • “Patriot” zenit-raket kompleksləri (ZRK) üçün əlavə raketlər;
  • HAWK hava hücumundan müdafiə (HHM) sistemləri və raketləri;
  • 105 mm-lik və 203 mm-lik artilleriya mərmiləri;
  • “Puma” pilotsuz uçuş aparatları (PUA);
  • Lazerlə idarə olunan raket sistemləri və s.

Poliqon.az

CATEGORIES
TAGS