
ABŞ Dövlət Departamenti 4.5 milyar dollar dəyərindəki KC-46A yanacaqdoldurma təyyarələrinin Qətərə satışını təsdiq edib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yayımlanıb.
Bildirilib ki, sifarişə 4 ədəd KC-46A təyyarəsinin və digər avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sifarişin əsas podratçıları ABŞ-ın “Boeing”, “Pratt & Whitney Military Engines”, “RTX Corporation” və “Northrop Grumman” şirkətləri olacaq.





