ABŞ Ordusunun JLTV proqramında “dev”lərin gərgin rəqabəti başlayır
ABŞ Ordusu nəqliyyat parkını müasirləşdirmək niyyətindədir. Son büdcədə MECV (Modernized Expanded Capability Vehicle – Genişləndirilmiş İmkanlı Müasirləşdirilmiş Maşın) proqramı (“Humvee” müasirləşdirməsi) üçün maliyyələşdirmə nəzərdə tutulmadığından Pentaqon Birgə Yüngül Taktik Nəqliyyat Vasitələri (JLTV) proqramını elan edib. “AzeriDefence”nin məlumatına görə, artıq JLTV proqramının mühəndislik-istehsal inkişaf (EMD) mərhələsi üzrə elan edilmiş tenderə ABŞ Ordusunun nəqliyyat vasitələri ilə aparıcı təchizatçıları müxtəlif layihələrlə qatılmağa başlayıb. “Oshkosh Defence”, “General Tactical Vehicles” (GTV), “Lockheed Martin”, “Navistar Defence”, “BAE Systems”, AM General kimi “dev” şirkətlərin iş almaq üçün yarışdığı JLTV tenderinin indidən gərgin rəqabət şəraitində keçəcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ hökuməti bu ilin iyununda EMD mərhələsi üzrə üç müqavilə bağlamağı planlaşdırır.
JLTV proqramı üzrə tenderə qatılan “Oshkosh Defense” ABŞ ordusuna mühafizə səviyyəsi daha yüksək olan L-ATV (Light Combat Tactical All-Terrain Vehicle) maşınının yeni nəsilini təklif edir. Şirkətin yaydığı press-relizdə qeyd olunub ki, MRAP tipli bu maşın sınaqdan keçirilib və xarakteristikalarına görə JLTV proqramının bütün tələblərini qarşılayır. Şirkətin vitse-prezidenti Con Brayantın (John Bryant) sözlərinə görə, hərbi liderlər JLTV-ni müasirləşdirmənin prioritetli istiqamətlərindən biri kimi tanıyıb: ““Oshkosh”un təqdim etdiyi L-ATV qabaqcıl texnologiyalara əsaslanır. Bizim mühəndislərimizin hazırladıqları bu maşınlar İraqda və Əfqanıstanda geniş istifadə olunub”.
“General Tactical Vehicles” (GTV) şirkətlər qrupu isə EAGLE maşınına əsaslanan yeni yüngül maşının yaradılması ilə bağlı təkliflərini tenderə təqdim edib. Şirkətin yaydığı məlumata görə daha etibarlı, aşağı riskli olmaqla yanaşı EAGLE həm də iqtisadi cəhətdən səmərəli sayılır. EAGLE Birləşmiş Ştatıarın dəniz piyada qoşununun ekspedisiya qüvvələri tərəfindən döyüşlərdə yoxlanıb. İkiqat zirehə və V formalı gövdəyə malik olacaq yeni maşın sinfində ən yaxşı müdafiəni təmin edir.
Martın 27-də JLTV proqramını təklif edən “Lockheed Martin” şirkəti isə əvvəllər hazırladığı modelləri daha da təkmilləşdirmək niyyətində olduğun açıqlayıb. Şirkətin nümayəndəsi Skott Qrinin (Scott Greene) sözlərinə görə, onlar təqdim etdikləri maşınların çəkisini maksimum azaltmaq niyyətindədirlər. Hansı ki, həmin maşınlar hətta helikopterlərin asmasında daşınması mümkün olacaq. Artıq onların təklif etdikləri maşınlar sınaqlarda yoxlanılıb. Sınaqlarda yeni maşın 160 min mildən çox məsafə qət edib. Eyni zamanda MRAP tipi qorunub saxlanıb. “Lockheed Martin” şirkətinin JLTV-ı proqramının direktoru Ketrin Xasse (Kathryn Hasse) isə deyib ki, yaradılma mərhələsində daha geniş yayılmış materiallardan istifadə olunub. Titan kimi ekzotik metallardan istifadə azaldılıb.
Nəqliyyat vasitələrinin aparıcı istehsalçılarından olan “Navistar Defense” isə tenderə “International ® ™Saratoga” yüngül taktik maşınını təqdim edib. 2011-ci ilin oktyabrında sınaqdan keçirililmiş bu maşın minaya qarşı qorumanı da təmin edir. Əvvəlcə yüngül taktik maşınlar bazarında boşluğun doldurulması üçün nəzərdə tutulan “Saratoga” JLTV-nin tələblərinə cavab verir. Çöl şəraitində “Saratoga” yüksək effektivlik göstərib, eyni zamanda qorumanı təmin edib.
“BAE Systems”in təklifləri barədə yayılan press-relizdə isə şirkətin nümayəndəsi Qlen Lamartin (Glenn Lamartin) bildirib ki, təmsil etdiyi şirkətin tenderə təqdim etdiyi JLTV yüksək qorumaya və dözümlülüyə malikdir. Həmçinin o nəqliyyat vasitələrinin kifayət qədər yüngül olması onların hava, dəniz və digər nəqliyyat vasitəsi ilə asan daşınmasına imkan yaradır.
Tenderə iki ayrı təkliflə qatılan AM General LLC şirkətinin açıqladığı məlumata görə, bu təkliflərdən biri yolsuz ərazilər üçün nəzərdə tutulmuş BRV-O maşınıdır. Şirkət rəsmiləri iddia edirlər ki, mobil və universal platforma olan BRV-O proqramın meyarlarına cavab verir. BRV-O heyət üçün kapsula və modulyar zirehə na malikdir, hansı ki, artıq hökumətin müşahidəsi altında partlayış sınaqlarında öz effektivliyini sübut edib.
AM Generalın JLTV üçün başqa təklifi “General Dynamics Land Systems”lə birgədir. Hər iki şirkət bu məqsədlə 2007-ci ildə General Tactical Vehicles (GTV) adlandırılmış ortaq müəssisəni formalaşdırı.