HavaXəbərlər

“Aero Sentinel” şirkəti taktiki PUA istehsalını genişləndirir

Taktiki pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması və istehsalı ilə məşğul olan İsrailin “Aero Sentinel” şirkəti yeni investisiyadan sonra istehsal gücünü artırır və ölkədə seriyalı istehsala keçid istiqamətində işləri sürətləndirir.

“Poliqon” “Israel Defense” nəşrinə istinadən xəbər verir ki, şirkət artan tələbatı qarşılamaq məqsədilə hazırlıqları sürətləndirib.

Bu çərçivədə yüzlərlə kamera və elektro-optik sistemin əvvəlcədən tədarükü həyata keçirilib, komponent ehtiyatları artırılıb, istehsal və inteqrasiya proseslərinə dəyişikliklər edilib. Bu addımların çatdırılma müddətlərinin qısaldılması, sistemlərin əlçatanlığının artırılması və rəqabətqabiliyyətli qiymətlərin qorunması məqsədi daşıdığı bildirilib. Eyni zamanda, istehsal əməliyyatları İsraildə saxlanılacaq.

Bununla paralel olaraq, “Aero Sentinel” Avropa və Asiyada tərəfdaş şəbəkəsini genişləndirib. Şirkət müxtəlif bazarlarda müştərilər və təhlükəsizlik qüvvələri ilə bir sıra təlimlər, sınaqlar və nümayişlər keçirir.

Şirkət, həmçinin mövcud texnologiyasının növbəti nəslini inkişaf etdirir. Yeni imkanlar sırasında vizual naviqasiya və mövqeləndirmə, təkmilləşdirilmiş proqram təminatı və xarici sistemlərin inteqrasiyasına imkan verəcək daha açıq arxitektura yer alır.

Back to top button