ABŞ Quru Qoşunlarında AH-64D helikopterlərinin sayı artırılır
ABŞ Quru Qoşunları kiçik həcmli AH-64D “Apac” döyüş helekopterlərinin alınması üçün “Boinq” şirkəti ilə müqavilə bağlayıb. “AzeriDefence”nin məlumatına görə, müqavilənin ümumi dəyəri 486,37 milyon dollardır. Eyni zamanda şirkətlə 171 777 milyon dollar məbləğində də saziş imzalanıb.
Hərbi birləşmənin şirkətlə bağladığı müqavilə 2014-cü ilin noyabr ayınadək yekunlaşmalıdır.
Məlumat da o da qeyd olunub ki, “Apac”in yeni modeli T700-701D markalı rəqəmsal sistemlə idarə olunan daha güclü mühərriklə təchiz edilib. Helekopterdə edilən yeniliklərdən sonra maşın daha çox yük götürə, yüksəkdə və isti havada uçuş həyata keçirmək imkanlarına sahib olub.
ABŞ ordusunda nəzərdə tutulub ki, 2026-cı ilə qədər silahlı qüvvələr 690 belə helekopterlə təmin edilsin.