ADEX-2022: ANAMA minatəmizləmədə yeni metodologiyaları və xidmətlərini təqdim edəcək

ADEX-2022: ANAMA minatəmizləmədə yeni metodologiyaları və xidmətlərini təqdim edəcək

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ADEX-2022 sərgisində Qarabağda həyata keçirilən fəaliyyətlə bağlı təqdimatlar, əməliyyatlar zamanı zərərsizləşdirilmiş mina və partlamamış hərbi sursatların maketləri, həmçinin ən son beynəlxalq standartlar və metodologiyalara cavab verən avadanlıqlar təqdim olunacaq.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Vüqar Süleymanov bildirib ki, ADEX-2022 sərgisində Agentlik tərəfindən ərazilərin tədqiqat işlərində dronlarla toplanmış məlumatın süni intellekt vasitəsilə emalını təmin edən və humanitar minatəmizləmədə dünya təcrübəsində ilk dəfə geniş miqyas alan texnologiyadan istifadəsi ilə bağlı məlumat veriləcək. Sərgidə Qarabağ xəritəsi üzərində minatəmizləmə əməliyyatlarının gedişatının həm statistik göstəricilər, həm də foto şəkillərlə izləmək imkanı olacaq.

“ADEX-2022 sərgisində iştirakının məqsədi minatəmizləmə fəaliyyətinə dair tətbiq edilən yeni metodologiyalar və xidmətlərin sərgilənməsi, bu sahədə əldə edilən nailiyyətlərin, eləcə də təlim kurslarının təqdim edilməsi ilə beynəlxalq arenada təmsil olunmasından ibarətdir”, – deyə ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov vurğulayıb.

VKHL6601

Poliqon.az

CATEGORIES
TAGS