“Akıncı” PUA-dan “Teber” tuşlama dəstinin atışı həyata keçirilib

“Akıncı” PUA-dan “Teber” tuşlama dəstinin atışı həyata keçirilib

“Akıncı” pilotsuz uçuş aparatından (PUA) “Roketsan” şirkətinin inkişaf etdirdiyi “Teber” tuşlama dəstinin atış sınağı həyata keçirilib.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, sınaq zamanı “Akıncı”dan atılan 2 ədəd “Teber” tuşlama dəstli aviasiya bombası hədəfləri dəqiqliklə məhv edib.

“Teber” tuşlama dəsti “Roketsan” tərəfindən Mk-81 və Mk-82 tipli ümumi təyinatlı aviasiya bombalarının vurma dəqiqliyini artırmaq məqsədi ilə hazırlanıb. “Teber”, sadə ümumi təyinatlı aviasiya bombasının inersial və GPS idarəetmə sistemi, həmçinin yarıaktiv lazer tuşlama başlıqları (LTB) tətbiq etməklə idarə olunan “ağıllı” sursat halına gətirilməsidir. Bombanın uc hissəsinə quraşdırıla bilən yarıaktiv LTB və silah sisteminə hərəkətli hədəflərə qarşı dəqiq zərbə qabiliyyəti verən “Teber”, LTB hissəsinə yaxınlıq sensoru əlavə etmək seçiminə də malikdir.

“Teber-81”/”Teber-82” əsas xassələri:

  • Aviasiya bombasının uzunluğu 2100/2600 mm;
  • Kütləsi 155/270 kq;
  • Fəaliyyət məsafəsi 2-28 km;
  • Tuşlama növü adi INS, INS+GPS, INS+GPS+LTB, INS+LTB;
  • Yaxınlaşma sensoru 2-15 metr;
  • Bombanın dairəvi sapma ehtimalı <3 metr – INS ilə 10 metr, INS/GPS ilə 6 metr, INS/GPS/LTB ilə 3 metr;
  • Manevr qabiliyyəti ± 3g;
  • Hərəkət edən hədəfin sürəti <40 km/s;
  • Atılma hündürlüyü 2000-12000 metr;
  • Nəqletmə hündürlüyü 0-12000 metr.
CATEGORIES
TAGS