Almaniyada “Marder” PDM-i təkmilləşdirilir

Almaniyada “Marder” PDM-i təkmilləşdirilir

2020-ci ildə elan edilmiş Almaniyanın “Marder” piyadanın döyüş maşınlarının (PDM) təkmilləşdirilməsi sürətlə davam etdirilir.

“Poliqon” xəbər verir ki, “Rheinmetall” sifariş edilən bütün təkmilləşdirmə dəstlərini alıb.

Maşınların bir qismi tam işlər dövründən keçib və sonrakı istismara hazırdır. Təkmilləşdirmə zamanı PDM-lər yeni 750 at gücündə mühərriklər, MELLS (Mehrrollenfähige Leichte Lenkflugköperspersystem) tank əleyhinə raket kompleksləri (Bundesverin silahlanmasında olan “Spike” TƏİRK-in yerli adı), dairəvi görmə sistemləri, yeni teplovizorlar və tuşlama sistemləri, yenilənmiş soyutma və yanğınsöndürmə sistemləri alıblar.

Xatırladaq ki, keçən il imzalanmış 110 milyon avroluq müqavilə çərçivəsində “Rheinmetall” şirkəti Bundesverə 78 dəst avadanlıq verəcək. Onlar 71 ədəd “Marder” PDM-in təmiri və təkmilləşdirilməsi üçün nəzərdə tutulub. Bu isə öz növbəsində texnikanın imkanlarını təkmilləşdirməklə yanaşı, istismar müddətini də uzadacaq.

Qeyd edək ki, ötən əsrin 60-cı illərində “Bundesver” üçün hazırlanmış “Marder” dünyanın ən yaxşı PDM-lərindən biri kimi tanınıb. Buna görə də, 1996-cı ildə Almaniya Müdafiə Nazirliyi yeni maşının hazırlanması üçün müsabiqə elan edəndə mühəndislər “veteran”ın layiqli əvəzini yaratmaq üçün çox cəhd etməli olublar.

Bu tapşırığı yerinə yetirməkdən ötrü “Krauss-Maffei Wegmann” və “Rheinmetall-Landsysteme” şirkətlərinə iyirmi il lazım olub. Bu, “Puma” və “Lynx” döyüş maşınlarının yaradılması və tam döyüş hazırlığına gətirilməsinə tələb olunan vaxta bərabərdir.

(həmçinin bax: Bundesver “Puma” PDM-lərini təkmilləşdirir“Rheinmetall” konserni “Lynx” PDM-in atəş sınaqlarını keçirib).

“Puma” PDM

Marder

“Marder” 1A5A1 PDM

“Lynx” PDM

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS