Amerika şirkəti F-16-ları yeni nəsil elektron döyüş sistemi ilə təchiz edəcək

ABŞ-ın “Lockheed Martin” və “L3Harris Technologies” şirkətləri arasında F-16 döyüş təyyarələrini radar və elektron təhdidlərə qarşı yeni elektron mübarizə sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə “L3Harris Technologies”şirkəti məlumat yayıb.
Müqaviləyə əsasən “L3Harris Technologies” F-16 döyüş təyyarələrini yeni nəsil “Viper Shield” elektron döyüş sistemi (Electronic warfare system) ilə təmin edəcək.
“L3Harris”ə daxil olan “Space and Airborne Systems” şirkətinin direktoru Ed Zoiss bildirib ki, F-16 təyyarələri “Viper Shield EW” sistemi sayəsində dünyanın effektiv döyüş təyyarələrindən biri olaraq qalacaq.
““Viper Shield” elektron döyüş sistemi “Lockheed Martin” şirkətinin F-16 Block 70/72 təyyarə konfiqurasiyalarında tətbiq ediləcək. Yaxın Şərq, Asiya və Avropada ondan çox ölkə F-16 Block 70/72 variantını istifadə etməyi planlaşdırır”, – deyə şirkət direktoru vurğulayıb.
Elşən Abdulkərimov




