ANAMA azad edilən ərazilərdə ötən həftə 327 ədəd mina aşkarlayıb

ANAMA azad edilən ərazilərdə ötən həftə 327 ədəd mina aşkarlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2022-ci il avqustun 8-dən 13-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 685 ha ərazi yoxlanılıb, 134 ədəd piyada və 193 ədəd tank əleyhinə mina, 39 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

FaMRLK6X0AMevgt

Poliqon.az

CATEGORIES
TAGS