MinatəmizləməXəbərlər
ANAMA azad olunan ərazilərdə ötən ay 1992 ədəd mina aşkarlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdam, Xocalı, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.
2023-ci il avqustun 1-dən 31-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 5264.14 ha ərazi yoxlanılıb, 972 ədəd piyada və 1020 ədəd tank əleyhinə mina, 1121 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.





