ANAMA azad olunan ərazilərdə ötən ay 332 ədəd mina aşkarlayıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam etdirilir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.
2024-cü il aprel ayında aparılan minatəmizləmə əməliyyatları zamanı 6038.9 ha ərazi yoxlanılıb, 141 ədəd piyada əleyhinə mina, 191 ədəd tank əleyhinə mina və 2502 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.