![ANAMA azad olunan ərazilərdə ötən ay 596 ədəd mina aşkarlayıb ANAMA azad olunan ərazilərdə ötən ay 596 ədəd mina aşkarlayıb](https://poliqon.az/wp-content/uploads/2023/06/anama.jpg)
ANAMA azad olunan ərazilərdə ötən ay 596 ədəd mina aşkarlayıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam etdirilir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.
2024-cü il fevralın ayında aparılan minatəmizləmə əməliyyatları zamanı 4562.6 ha ərazi yoxlanılıb, 437 ədəd piyada əleyhinə mina, 159 ədəd tank əleyhinə mina və 1941 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.