ANAMA Azərbaycan istehsalı minatəmizləmə maşınlarının effektivliyini yüksək qiymətləndirir

ANAMA Azərbaycan istehsalı minatəmizləmə maşınlarının effektivliyini yüksək qiymətləndirir

İşğaldan azad edilən ərzazilərdə indiyə qədər 115 min hektar ərazi mina və partladılmamış hərbi sursatdan təmizlənib.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov dekabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda “Hərbi-texniki əməkdaşlıqda texnologiyanın rolu” mövzusundakı panel iclasda deyib.

Həyata keçirilən təmizləmə əməliyyatlarında Türkiyə istehsalı minatəmizləmə avadanlıqlarından və mexaniki minatəmizləmə maşınlarından da istifadə olunduğunu vurğulayan Samir Poladov, minaların basdırıldığı ərazlərlə bağlı verilən məlumatların dəqiq olmadığını xatırladıb.

ANAMA sədrinin müqavini bildirib ki, intellekt və dronlar vasitəsilə müasir minatəmizləmə üsulları çox inkişaf edib və Agentlik tərəfindən bu sahədə müəyyən təkmilləşdirmələr aparılır.

“Azərbaycanın özünün də yerli minatəmizləmə avadanlıqları mövcuddur. “Improtex” Şirkətlər Qrupunun istehsalı olan minatəmizləmə maşınlarını ötən il və bu il ərzində real mina ərazisində sınaqdan keçirmişik. Tank əleyhinə olan minaların tərkibində daha çox partlayıcı maddə olduğundan onun daha böyük dağıdıcı qüvvəsi olur. Bu maşınlar həmin partlayışlara dözümlüdür. Biz bunları real partlayışlarda istifadə edərək sınaqdan keçirmişik. Yerli istehsal olunan maşınlar keyfiyyətlidir”, – deyə Samir Poladov qeyd edib.

CATEGORIES
TAGS