ANAMA daha 485 hektar ərazini mina və PHS-lərdən təmizləyib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.
2022-ci il noyabrın 7-dən 12-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 485 ha ərazi yoxlanılıb, 170 ədəd piyada və 179 ədəd tank əleyhinə mina, 357 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
CATEGORIES Xəbərlər