ANAMA əməkdaşı Ağdamda minaya düşüb

ANAMA əməkdaşı Ağdamda minaya düşüb

6 avqust saat 9 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Poliqon” xəbər verir ki, bu barədə Baş Prokurorluq rəsmi “Teleqram” səhifəsində  məlumat yayıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Poliqon.az

CATEGORIES
TAGS